"Qızıl Qran-pri"nin son günündə Azərbaycan 9 medal qazandı – FOTO
Azərbaycanın güləş üzrə yığması Bakıda keçirilən Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Qızıl Qran-pri"nin final mərhələsində 21 medal qazanıb.
Oxu.Az xəbər verir ki, yarışların son günündə yunan-roma üslubu üzrə idmançılar mübarizə aparıb. Azərbaycan nümayəndələri 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar.
Qızıl medallar Şalva Qadabadze (98 kq) və Sabah Şariatinin (130 kq) aktivindədir. Kamran Məmmədov (66 kq), Rüstəm Əliyev (71 kq) və Rafiq Hüseynov (80 kq) gümüş medal mükafatçısı olublar. Eldəniz Əzizli (59 kq), Həsən Əliyev (66 kq), Elvin Mürsəliyev (80 kq) və İslam Abbasov (85 kq) bürünc medal qazanıblar.
Daha öncə Azərbaycanın sərbəst güləş üzrə idmançıları 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanmışdılar. Qadınların yarışında Azərbaycanın hesabında 1 gümüş medal var.
Komandamızın ümumilikdə - 5 qızıl, 8 gümü. və 8 bürünc medalı var.
Mənbə:> Oxu.Az