Rəşad Sadıqov: “Qərara gəldik ki, millidəki karyeramı davam etdirim” » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

Rəşad Sadıqov: “Qərara gəldik ki, millidəki karyeramı davam etdirim”

Rəşad Sadıqov: “Qərara gəldik ki, millidəki karyeramı davam etdirim”


AzNews.info milli komandamızın və “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun Futbolxeber.az saytına müsahibəsini təqdim edir:

- Milli komandamı Moldova üzərində 2:1 hesablı qələbə qazandı. Görüş haqda nə deyə bilərsiz?

- Milli bu gün çox yaxşı təsir bağışladı. Tribunadan oyuna baxanda adətən, darıxdırıcı gəlir. Amma bu dəfə elə olmadı. Hardasa 5-10 dəqiqə ərzində oyunumuzu itirik. Ümumi olaraq, maraqlı oyun alındı. Çox yaxşı qol epizodları yaradırdıq. Lakin bəzi şanslardan yararlana bilmədik. Əsas odur ki, oyun ümidverici idi.

- Qələbə ilə başa vurduğumuz 2015-ci ili ümumi olaraq millimiz üçün necə qiymətləndirmək olar?

- 2014-cü il bizim üçün çox uğursuz alınmışdı. Sonrada Robert Prosineçki yığmaya dəvət olundu. O, qısa müddətdə komanda toparlaya bildi. Onun rəhbərliyi altında yalnız Bolqarıstanla səfər görüşündə istədiyimiz kimi çıxış etmədik.

- Rəşad Sadıqovu 2016-cı ildə də milli komandamızın heyətində görə biləcəyik?

- Prosineçki ilə üçüncü görüşümüzdən sonra qərara gəldik ki, millidəki karyeramı davam etdirim. Yığmada 1 oyun, yoxsa tsikl boyu çıxış edəcəyimi zaman göstərəcək. Yenə də həmişəki kimi millinin uğuru üçün əlimdən gələni edəcəyəm.

- Gələn il Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində mübarizəyə start verəcək. Komandadan nə gözləmək olar?

- Qarşıdakı seçmə mərhələ üçün çox ümidliyik. Baş məşqçi Robert Prosineçki də bizə inanır. O, daim inamlı danışır, futbolçuları ruhlandırır.

- Zədəni ilə bağlı son durum nə yerdədir?

- Ayağımda birinci dərəcəli yırtıq var. Hər gün 5-6 saat həkimılərin nəzarətində oluram.

- “Tottenhem”lə oyunda “Qarabağ”a kömək edə biləcəksiniz?

- Həkimlər də, özüm də bunun üçün dayanmadan çalışırıq. Lakin indidən qəti söz demək çətindir. Prosedurun sonunda məlum olacaq ki, “Tottenhem”ə qarşı oynaya biləcəyəm, ya yox.

- Məşqlərə nə vaxtdan başlayacaqsınız?

- Sabahdan etibarən məşqlərə start verəcəm. Lakin fərdi qaydada. Hələlik yalnız qaçışla kifayətlənəcəyəm. Gündə 10-12 dəqiqə qaçacağam.

Mənbə: Futbolxeber.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *