Robert Prosineçki: Azərbaycan çox güclü qrupa düşüb
Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi Robert Prosineçki Dünya çempionatı 2018-in seçmə turnirinin püşkatma mərasimini şərh edib. Bu turnirdə bizim komandaya rəqib Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San-Marino komandalarıdır.
“Biz çox güclü qrupa düşmüşük, - Oxu.Az baş məşqçinin sözlərindən sitat gətirir. – Amma indi bizim bütün fikrimiz qarşıdan gələn Xorvatiya və Malta ilə seçmə matçlara yönəlib.
Qrupun favoritləri Almaniya və Çexiyadır. Yaxşı çıxış etmək üçün mümkün olan hər şeyi edəcəyik”.
Mənbə:> Oxu.Az