Millimizin rəqibləri nə vaхt müəyyənləşəcək?
2018-cı ildə Rusiyada keçiriləcək dünya çempionatının püşkatma mərasimi iyulun 25-də Sankt-Peterburq şəhərindəki Konstantinovski sarayında baş tutacaq. ANS PRESS-in məlumatına görə, püşkatmada Azərbaycan millisinin də rəqibləri müəyyənləşəcək.
Seçmə mərhələdə 52 komanda mübarizə aparacaq. UEFA komandaları 6 səbətə bölüb. İlk 6 səbətdə 9, sonuncuda 7 komanda yer alıb. Püşkatmada komandalar 9 qrupa bölünəcək. 7 qrupda 6, 2-də komanda mübarizə aparacaq.
Azərbaycan millisi
9 qrupun qalibi birbaşa dünya çempionatına yollanacaq. Qruplarda ən yaхşı nəticə göstərmiş 8 ikinci pillənin sahibi pley-off mərhələsinə qatılacaq.
Ev sahibi Rusiya birbaşa dünya çempionatına vəsiqə qazanıb. Cəbəllütariq isə FIFA üzvü olmadığından seçmə mərhələdə iştirak etməyəcək.
I səbət: Almaniya, Belçika, Hollandiya, Portuqaliya, Rumıniya, İngiltərə, Uels, İspaniya, Xorvatiya.
II səbət: Slovakiya, Avstriya, İtaliya, İsveçrə, Çexiya, Fransa, İslandiya, Danimarka, Bosniya və Herseqovina.
III səbət: Ukrayna, Şotlandiya, Polşa, Macarıstan, İsveç, Albaniya, Şimali İrlandiya, Serbiya, Yunanıstan.
IV səbət: Türkiyə, Sloveniya, İsrail, İrlandiya, Norveç, Bolqarıstan, Farer adaları, Çernoqoriya, Estoniya.
V səbət: Cənubi Kipr, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, Azərbaycan, Litva, Moldova.
VI səbət: Qazaxıstan, Lüksemburq, Lixtenşteyn, Gürcüstan, Malta, San Marino, Andorra.
Mənbə:> ANSPRESS