Azərbaycan millisini xorvat çalışdıra bilər
Milli komandamızı çalışdırmağa daha bir namizəd baş məşqçinin adı açıqlanıb.
ANS PRESS-in məlumatına görə, bu dəfə belə bir iddia ilə serb həmkarlarımız çıxış edib.
İddiaya görə, milli komandamıza Robert Prosineçki başçılıq edə bilər. Məlumatda bildirilir ki, xorvat mütəxəssis AFFA-dan təklif alıb və hazırda onu götür-qoy edir.
Qeyd edək ki, Prosineçki 1969-cu ildə Qərbi Almaniyanın Şvenningen şəhərində dünyaya gəlib. O, futbolçu karyerası ərzində Xorvatiyanın "Dinamo" (Zaqreb), "Draqovolyaç", "Zaqreb", Serbiyanın "Srvena Zvezda", İspaniyanın "Real", "Oviedo", "Barselona", "Sevilya", Belçikanın "Standard", İngiltərənin "Portsmut" və Sloveniyanın "Olimpiya" klublarında çıxış edib, Yuqoslaviya millisində 15 (4 qol), Xorvatiya yığmasında 49 (10 qol) oyun keçirib. Prosineçki futbolçu karyerası ərzində 13 kubok qazanıb.
45 yaşlı xorvat mütəxəssis məşqçiliyə Xorvatiya millisində başlayıb. O, 2010-2012-ci illərdə komandada məşqçi işləyib. Daha sonra isə Serbiyanın "Srvena Zvezda" və Türkiyənin "Kayserispor" klublarına başçılıq edib.
Mənbə:> ANSPRESS