Qəbələ vətənə məğlub qayıdır
Bu gün Avropa Liqasının qrup mərhələsində "Qəbələ" də növbəti görüşünü keçirib.
AzNews.info xəbər verir ki, təmsilçimiz Almaniya səfərində Dortmund “Borussiya”sı ilə qarşılaşıb.
Bakıda keçirilən ilk görüşdə bu rəqibinə 1:3 hesabı ilə uduzan “Qəbələ” çətin sınaq qarşısında idi.
"Borussiya"nın oyunçusu Marko Roys matçın 28-ci dəqiqəsində hesabı açdı: 1-0. Daha sonra "Borussiya" Obemeyanqın qoluyla ikinci topu "Qəbələ"nin qapısından keçirdi: 2-0.
"Borussiya" matçın gedişatında daha 2 top vuraraq hesabı dörd fərqə çatdırdı: 4-0.
Beləliklə "Qəbələ" "Borussiya" ilə görüşdə ağır məğlubiyyətə məruz qaldı. Komandamız bu nəticədən sonra qrupda sonncu yerdə qərarlaşıb: 4-0.
Mənbə:> AzNews.info