“Borussiya”-“Qəbələ” matçında anşlaq gözlənilir
Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda alman “Borussiya”sı və Azərbaycan “Qəbələ”si arasında noyabrın 5-də Dortmundda baş tutacaq matça artıq 50 mindən çox bilet satılıb.
Oxu.Az “Borussiya”nın saytına istinadən xəbər verir ki, satışda təxminən 15 min bilet qalıb.
Bu biletlərin qalan günlərdə satılacağı və matçda anşlaq olacağı gözlənilir.
Dortmundun “Siqnla İduna Park” stadionunda keçirilən Avropa kubokunun oyunlarına 65 766 bilet satılır.
Bu, 81 359 azarkeşin yerləşdiyi arenada keçirilən Almaniya çempionatı matçına satılan biletlərdən azdır.
Bu fərq UEFA-nın ayaqüstü yerlərə biletlərin satılmaması tələbi ilə əlaqədardır.
Mənbə:> Oxu.Az