Millimizin oyununa rekord sayda bilet satılıb » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

Millimizin oyununa rekord sayda bilet satılıb

Millimizin oyununa rekord sayda bilet satılıb


Sabah Avropa Çempionatının seçmə oyunları çərçivəsində Azərbaycan İtaliyanı qəbul edəcək. “Qafqazinfo” xəbər verir ki, 4 qat dünya çempionları ilə görüşə maraq böyükdür.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu futbolinfo.az-a bildirib ki, dünən axşama olan məlumata əsasən, bu oyuna 35 min bilet satılıb.

Bu isə yeni rekord deməkdir.

Belə ki, indiyədək heç vaxt millimizin matçlarında 35 min azarkeş iştirak etməyib. Oyuna hələ 1 gün qaldığını nəzərə alsaq, bu sayın daha da artacağına şübhə yoxdur.

“Skuadrra Adzura” isə dünən axşam saatlarında Bakıya gəlib. İtalyanlar “Hilton” otelində məskunlaşıb.

Qeyd edək ki, sözügedən qarşılaşma sabah saat 21:00-da Bakı Olimpiya Stadionunda start götürəcək.

Mənbə: Futbolinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *