Qriqorçuk: Növbəti 3 oyunda 9 xal yığmaq mümkündü » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

Qriqorçuk: Növbəti 3 oyunda 9 xal yığmaq mümkündü

Qriqorçuk: Növbəti 3 oyunda 9 xal yığmaq mümkündü


“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Dortmund “Borussiyası” ilə oyunda komandasının 1:3 hesablı məğlubiyyəti ilə bağlı bunları söyləyib:

“Top-komandanın səviyyəsini hiss etdik. Bu oyun bizim xeyrimizə oldu. Əminəm ki, “Borussiya” ilə matçdan sonra daha da gücləndik. Futbolçularımla fəxr edirəm. “Borussiya”nın bu il keçirdiyi bütün oyunlarına baxmışdım. Heç bir görüşdə qapıları qarşısında bu qədər təhlükəli epizod yaşanmamışdı. Əfsuslar olsun ki, qol imkanlarından istifadə edə bilmədik.

“Krasnodar”la oyun qələbə qazanılası matç idi. Amma deməzdim ki, bu görüşdə də qələbə qazanmalıydıq. Düzdü, ilk dəqiqələrdə qol epizodları yaratdıq. Amma onları dəyərləndirsəydik belə, matçın necə davam edəcəyini bilmirik (gülür). Rəqib topa daha çox nəzarət edirdi. Mən gördüm ki, “Borussiya”nın səviyyəsi çox yüksək idi. Qarşıda hələ 3 oyun var və bu görüşlərdə 9 xal yığmaq mümkündü. “Borussiya” ilə səfər matçında işimiz daha da çətin olacaq. Onlar bizdən yüksək səviyyəli komandadılar. Amma yenə deyirəm ki, öz futbolçularıma minnətdaram, onlarla fəxr edirəm. Bunu deməyə əsasım var. “Qəbələ” indki məqamda çox ciddi komandadı.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *