2018-ci il dünya çempionatı Rusiyaya satılıb » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

2018-ci il dünya çempionatı Rusiyaya satılıb

2018-ci il dünya çempionatı Rusiyaya satılıb


FİFA prezidenti vəzifəsindən 90 gün müddətinə kənarlaşdırılan Yozef Blatter 2018-ci il dünya çempionatına ev sahibliyi etmək hüququnun gizli razılaşma nəticəsində Rusiyaya verildiyini etiraf edib.

APA-nın xəbərinə görə, Y. Blatter bunu Britaniyanın “The Financial Times” qəzetinə müsahibəsində deyib. O bildirib ki, gizli razılıq FİFA ali rəhbərliyində əldə olunub və səsvermənin nəticələrini saxtalaşdırmağı da nəzərdə tutub: “Razılaşdırılan və yazılı olmayan qərar onu nəzərdə tuturdu ki, səsvermə nəticəsində biz iki nəhəng derjava – Rusiya və ABŞ-ı seçəcəyik”.

Qeyd edək ki, ABŞ 2022-ci il dünya çempionatına ev sahibliyi etmək arzusunda olub, lakin səsvermədə Qatara uduzub. Gizli razılıq barədə qərarın FİFA İcraiyyə Komitəsinin bütün üzvləri tərəfindən qəbul edilib-edilmədiyi haqda sualı cavablandıran Blatterin sözlərinə görə, qərarı İK qəbul etməyib: “Bu, kulisarxası qərar idi, hər hansı müşavirə olmayıb”.

Y. Blatter UEFA prezidenti Mişel Platininin öz səsini Qatara verərək 2022-ci il dünya çempionatı ilə bağlı razılaşmanı pozduğunu və bunun ABŞ-ın qəzəbinə səbəb olduğunu vurğulayıb.

Xatırladaq ki Y. Blatter daha öncə dünya çempionatlarının ev sahibliyi uğrunda mübarizəni uduzan dövlətləri FİFA-nı parçalamaq kampaniyası aparmaqda ittiham etmişdi. O, FİFA-dakı korrupsiya qalmaqalının ABŞ-Rusiya konfliktindən qaynaqlandığını söyləyib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *