Boksçumuz dünya çempionatının finalına çıxdı
Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha 3 boksçusundan biri yarımfinal görüşünə çıxıb.
Oxu.Az-ın məlumatına görə, 52 kq çəki dərəcəsində mübarizədə Elvin Məmişzadə əlcəzairli Muhammed Flissi ilə üz-üzə gəlib.
Təmsilçimiz rəqibini texniki nokautla məğlub edib. Məmişzadə finala vəsiqə qazanmaqla bəraber, 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.
Onun finaldakı rəqibi kubalı Yosbani Veyta olacaq.
Mənbə:> Oxu.Az