Bakı 2015: Üç boksçumuz yarımfinalda » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Boks

Bakı 2015: Üç boksçumuz yarımfinalda – YENİLƏNİB

Bakı 2015: Üç boksçumuz yarımfinalda


Bakı-2015 Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsi keçirilir.

Oxu.Az xəbər verir ki, kişilər arasında 81 kq çəkidə mübarizə aparan Teymur Məmmədov növbəti rinqinə çıxıb.

Hərbçilər arasında dünya çempionu olan hollandiyalı Peter Mullenberqlə qarşılaşan boksçumuz layiqli qələbə qazanaraq adını yarımfinala yazdırıb - 3:0.

20:16

Bakı-2015 Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsi keçirilir.

Oxu.Az xəbər verir ki, kişilər arasında 52 kq çəkidə təmsil edən Elvin Məmişzadə növbəti rinqinə çıxıb.

1/8 finalda irlandiyalı Keysi Maylsi məğlub edən Elvin Məmişzadə bu dəfə bolqarıstanlı Daniel Asenovla döyüşüb. Gənclər arasında Avropa çempionlarının dueli həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Məmişzadə rəqibini 2:1 (30:27; 30:27; 28:29) hesabı ilə məğlub edib. Boksçumuz yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı özünə təmin edib.

14:49

Avropa Oyunlarının 11-ci günü boks yarışları keçirilir.

Oxu.Az xəbər verir ki, 56 kq-da Tayfur Əliyev danimarkalı Censen Frederiklə üz-üzə gəlib. O, rəqibini 3-0 hesabı ilə məğlub edərək yarımfinala çıxıb.

46-49 kq çəki dərəcəsində boksçumuz Salman Əlizadə irlandiyalı İrvine Brendan ilə qarşılaşıb. Təmsilçimiz rinqdə 2:1 hesabı ilə rəqibə uduzub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *