Bakı 2015: Teymur Məmmədov 1/4 finalda – YENİLƏNİB
Bakı-2015 birinci Avropa Oyunlarında kişi boksçuların yarışında yarım-ağır çəki dərəcəsində (81 kq) mübarizə aparan idmançımız Teymur Məmmədov növbəti döyüşünə çıxıb.
Oxu.Az-ın məlumatına görə, 1/8 final mərhələsində polşalı boksçu Yordsan Kulinskini 3:0 hesabı ilə məğlub edib və 1/4 finala yüksəlib.
19:27
Avropa Oyunları çərçivəsində boks üzrə 75 kq çəkidə qadınlar arasında yarışlar başlayıb.
Oxu.Az xəbər verir ki, Azərbaycanı bu çəkidə təmsil edən Leyla Cavadova 1/8 finalda rusiyalı Yaroslava Yakuşina ilə üz-üzə gəlib.
Gərgin keçən görüş boksçumuzun məğlubiyyəti ilə başa çatıb. Cavadova 0:2 (38:38; 36:40; 37:39) hesabı ilə uduzub.
15:52
56 kq çəki dərəcəsində Tayfur Əliyev 1/8 rumıniyalı Anderiana Nikola görüşüb.
Oxu.Az xəbər verir ki, Əliyev 3:0 hesabı ilə məğlub edərək, 1/4 finala vəsiqə qazanıb.
14:45
Bu gün Avropa Oyunlarında boks yarışları keçirilir.
Oxu.Az xəbər verir ki, Azərbaycanı 5 idmançı təmsil edir. Bunlardan 3-ü kişi, 2-si qadın olacaq.
Artıq, qadınlar arasında 48-51 kq yüngülvari çəki dərəcəsində ölkəmizi təmis edən Anaxanım Ağayevə məğlub olub.
Ağayevə polşalı Drabik Sandra ilə mübarizədə 0-3 hesabı ilə uduzub.
Qadınlar arasında 69-75 kq orta çəkidə Leyla Cavadova rinqə çıxacaq. Onun rəqibi rusiyalı Yakoşina Yaroslava olacaq.
56 kq çəki dərəcəsində 1/8 finalda Tayfur Əliyev rumıniyalı Anderiana Nikola ilə üz-üzə gələcək.
81 kq-da Teymur Məmmədov da 1/8 final görüşünə çıxacaq.
91 kq-da Məhəmmədrəsul Məcidov mübarizəyə start verəcək. O, 1/8 final mərhələsində gürcüstanlı Mixeil Baxtidze ilə görüşəcək.
Mənbə:> Oxu.Az