Britaniya mətbuatından “Qarabağ”a alqış » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol, Media, Video

Britaniya mətbuatından “Qarabağ”a alqış – VİDEO

Britaniya mətbuatından “Qarabağ”a alqış


Britaniya mətbuatı “Qarabağ” haqda yazı dərc edib.

Qol.Az-ın məlumatına görə, İngiltərənin nüfuzlu “Mirror” qəzeti bugünkü sayında Azərbaycan Premyer Liqasının 7-ci turunun “İnter” – “Qarabağ” oyunu zamanı qonaq komandanın futbolçusu Elvin Məmmədovun penaltini bilərəkdən kənara vurması faktını alqışlayıb.

Qeyd edək ki, qarşılaşmanın sonlarında hakim “İnter”in qapısına penalti təyin edib. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov isə penalti qərarının onda şübhə doğurduğunu əsas gətirərək E.Məmmədovdan zərbəni qapıya deyil, kənara vurmağı tələb edib.

“Bu, əla bir addımdır və ən yüksək tərifə layiqdir” – deyə “Mirror” qəzeti yazıb:

“Deməli, yaxşı addımların da mükafatı olurmuş. Penalti ilə bağlı hadisədən sonra “Qarabağ” daha bir qol vuraraq 2:0 hesabı ilə qalib gəldi”.


Mənbə: Qol.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *