Mars ekspedisiyasının bütün üzvləri əzabla öləcəklər – HESABAT
Avropa Kosmik Agentliyi bədbin məruzə ilə çıxış edib ki, Marsa gedəcək ilk ekspedisiya kosmonavtlar üçün sonuncu olacaq.
Oxu.Az “Life” nəşrinə istinadla xəbər verir ki, ən əsas faciə kosmonavtların bir illik uçuş zamanı öləcəyidir. Qeyd edilib ki, uçuşun ilk 6 ayında kosmik gəminin ekipajı bütün professional karyerası boyunca qazandığı radiasiyanın 60 faizini əldə edəcək.
“ExoMars” layihəsinin mütəxəssisləri onlarla canlı üzərində eksperiment aparıblar və radiasiyanın miqdarını müəyyən ediblər.
Kosmosda radiasiyadan qorunmaq üçün effektiv üsul mövcud deyil - belə texnika mövcuddur, ancaq radiasiyaya qarşı “bulud”un çəkisi bir neçə yüz tondur və onun orbitə çıxarılması üçün bir neçə il və onlarla raket lazımdır.
Mənbə:> Oxu.Az