Amerika Marsa köçə hazırlaşır » AzNews.info -Xəbər portalı

Amerika Marsa köçə hazırlaşır

Amerika Marsa köçə hazırlaşır


Amerikanın Milli Kosmik Agentliyi NASA insanların Marsda məskunlaşması üçün müsabiqə elan edib.

ANS PRESS-in məlumatına görə, müsabiqədə iştirak edənlər insanların qırmızı planetdə məskunlaşması üçün ən yaxşı ideyalarını təqdim etməlidirlər. Qaliblərə mükafat olaraq 5 min dollar veriləcək. Ümumi mükafat fondu isə 15 min dollardır.

Müsabiqə çərçivəsində NASA-nı ilk növbədə Marsda yaşayış - yemək, su, nəfəs almaq üçün hava, kommunikasiya və tibb üçün lazım olan texnologiyalar maraqlandırır. Müsabiqə iştirakçıları həmçinin insanların Yerdən asılılığını minimuma endirmək haqqında da düşünməlidirlər.

Qeyd edək ki, NASA-nin rəhbəri Çarlz Bolden mayın 5-də Vaşinqtonda keçirilən Beynəlxalq kosmik konfransda bildirib ki, amerikalı kosmonavtların Marsa ilk uçuşu 2030-cu ildə nəzərdə tutulub. Elə həmin gün kosmik agentlik bütün arzu edənlərə qırmızı planetdə məskunlaşma haqqında ideyaları ilə bölüşməyi də təklif edərək müsabiqə haqqınad məlumat verib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *