Marsda həyat əlaməti tapıldı » AzNews.info -Xəbər portalı

Marsda həyat əlaməti tapıldı

Marsda həyat əlaməti tapıldı


NASA-nnı Marsda tapdığı üzvi molekullar keçmişdə və ya indiki zamanda "Qırmızı planet"də həyatın ola bilmə ehtimalını artırıb.

ANS PRESS-in məlumatına görə, həmin üzvi molekulları NASA-nın Marsa göndərdiyi Curosity planetdə metan qazının atmosferə buraxılmasını ölçən zaman aşkarlayıb. Mütəxəssislər qazın mənbəyini hələ ki, müəyyən edə bilməyiblər.

Bundan başqa, metan qazı həm bioloji, həm də qeyri-bioloji xarakterli ola bilər. Lakin Yer planetində metanın 95 faizi atmosferə mikrorqaizmlər vasitəsilə buraxılır. Buna görə də Marsdakı metan qazının canlı mənşəli olduğunu müəyyənlşdirmək üçün əlavə araşdırmalar aparılmalıdır.

Mütəxəssislər onu da bildiriblər ki, tərkibində karbon qazı olan molekullar toz şəklində tapılıblar. Bunlar isə Marsda keçmişdə və ya indiki zamanda həyatın olduğunu sübut etmək üçün kifayət etmir. Lakin bu molekulların varlığı gələcəkdə "Qırmızı planet"də yaşayış üçün əlverişi şəraitin ola biləcəyini göstərir.

Qeyd edək ki, Curiosity ilə aparılan araşdırmalar Marsın səthində vaxtilə göllərin olduğunu, həmçinin planetin atmosferinin temperaturu 0 dərəcədən yuxarı saxlaya bildiyini müəyyən edib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *