Dəm qazı daha iki nəfərin canını aldı
Dəm qazı daha iki nəfərin həyatına son qoyub.
AZNEWS.INFO-nun Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 31-də isə Yasamal rayonunda zəhərlənmə faktı qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini Nicat Hacıbəyli yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Eyni zamanda, Qazax rayon sakini Rafət Rzayev də dəm qazından zəhərlənib. Xəstəxanaya gətirilmiş şəxs orada dünyasını dəyişib.