Bakıda partlayış: rəis öldü
Ötən gün 15-də saat 18:00 radələrində Bakının Nərimanov rayonunda güclü partlayış baş verib.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” MMC-nin oksigen sexində qeydə aənəb.
Belə ki, sexdə qaz balonu sınaqdan keçirilərkən partlayış baş verib.
Partlayış nəticəsində sex rəisi, Sumqayıt şəhər sakini Rasim Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb. Oranın işçilərı - Bakı şəhər sakinləri Sahil Bayramov və Zəfər Ağayev xəstəxanaya yerləşdiriliblər.
Mənbə:> ANSPRESS