Nazirlik dəhşətli partlayış haqda məlumat yaydı
Daxili İşlər Nazirliyi Xırdalandakı tikilidə baş verən partlayışla bağlı məlumat yayıb.
“Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, sentyabrın 8-də saat 07 radələrində Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllədə yerləşən tikintisi başa çatmamış 9 mərtəbəli (binada Qubadlı rayon sakinləri məskunlaşmış və 5-ci mərtəbəyədək tikilmişdir) binanın 3-cü mərtəbəsində təbii qazın sızmasından partlayış baş verib. Nəticədə döşəmə uçub, sakinlərdən Məharət Abbasov, onun qızı Aydan və bacısı İfayət hadisə yerində ölüb, Miroğlan Rəhimov, Ayxan Abbasov, Könül Abbasova, Aytac Abdullayeva, Vidadi İsmayılov, onun arvadı Məlahət, qızı Aygün, oğlanları Yunis və Bəkir xəstəxanaya yerləşdiriliblər.
Mənbə:> Qafqazinfo.Az