Birləşmiş Ərəb Əmirlikləri orbitə kosmik peyk göndərəcək » AzNews.info -Xəbər portalı

Birləşmiş Ərəb Əmirlikləri orbitə kosmik peyk göndərəcək

Birləşmiş Ərəb Əmirlikləri orbitə kosmik peyk göndərəcək

Oktyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) hazırlanmış və yığılmış ilk kosmik peyk - “KhalifaSat” Yerin orbitinə göndəriləcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Dubaydakı Məhəmməd ben Rəşid adına Kosmik Mərkəzin mütəxəssisləri tərəfindən hazırlanan peyk ətraf mühitin monitorinqi və qiymətləndirilməsi, qəzaya uğrayan gəmilərin dəqiq yerinin aşkarlanması, həmçinin şəhərsalma, kartoqrafiya və topoqrafiya sahələrində istifadə olunacaq.

BƏƏ Kosmik Agentliyinin baş direktoru Məhəmməd Əl-Əhbabi bildirib ki, bu, ölkənin kosmos sənayesi sahəsində böyük imkanlarını nümayiş etdirir və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının elmi-texniki bacarıqlarının göstəricisidir. Onun sözlərinə görə, layihələndirmə və istehsalın bütün mərhələlərində “KhalifaSat” layihəsi peyk istehsalı sahəsində milli imkanların genişləndirilməsinə təkan verib ki, bu da ölkədə kosmik sektorun inkişafında mühüm amil olacaq.

Baş direktor əlavə edib ki, layihə üzərində işləyən bütün mühəndislər öz nailiyyətləri ilə fəxr edə bilərlər.

Bildirilir ki, 1,5 min kilometr ərazinin fotoşəklini çəkmək imkanına malik güclü kamera ilə təchiz edilən peyk Yaponiyanın Taneqasima kosmodromundan fəzaya buraxılacaq.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *