Türkiyənin peyk operatorundan Azərbaycana ittiham: “Bizi yox, bahalı şirkəti seçdilər...” » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Türkiyənin peyk operatorundan Azərbaycana ittiham: “Bizi yox, bahalı şirkəti seçdilər...”

Türkiyənin peyk operatorundan Azərbaycana ittiham: “Bizi yox, bahalı şirkəti seçdilər...”

Türkiyənin peyk operatoru “Türksat” Azərbaycanın ünvanına sensasion ittihamla çıxış edib.

Virtualaz.org saytı xəbər verir ki, Türkiyə peyk operatoru Azərbaycanın onlarla ortaq peyk işlətməçiliyinə dair təklifi rədd edib.

Bu barədə “Türksat”ın peyk xidmətlərinə dair hesabatına istinadən Türkiyə KİV-ləri yazır.

“Türkiyə Azərbaycana hər zaman dəstək verdi, ancaq bəzən istədiyi dəstəyi qardaş ölkədən ala bilmədi. Bunun son nümunəsi “Türksat” peyki oldu. Türkiyə Azərbaycana “ortaq peyk işlədək” təklifi verdi. Onlar bu təklifdən imtina edib daha yüksək qiymət təklif edən rəqib şirkəti seçdi” - deyə “Milliyet”, “Habertürk” və digər türk KİV-lərinin xəbərlərində deyilir.

Türkiyənin peyk operatorundan Azərbaycana ittiham: “Bizi yox, bahalı şirkəti seçdilər...”


“Azərbaycan rəqib peyk operatorları ilə işbirliyi quraraq bölgədə şirkətimizə qarşı təhdid elementləri yaradıb”- bu barədə isə “Türksat”ın hesabatında deyilir.

Bildirilir ki, peyk istismarında və kosmik texnologiyalarda hər hansı ortaq fəaliyyət zamanı mədəni bağları sıx olan ölkələrə üstünlük verilir. Bu baxımdan Azərbaycanın Türkiyə operatorunu yox, “hədsiz baha” qiymət təklif edən rəqib şirkəti seçməsi anlaşılmazdır.

Azərbaycanın “Azerspace” kosmik 2013-cü ildə orbitə buraxılıb. Peyk Malayziyanın peyk operatoru MEASAT-la birgə orbital istifadədədir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *