Venesuelada böhran malyariyanın yayılmasına səbəb oldu
Ölkədə xəstəliyin müalicəsi və profilaktikası üçün tibbi ləvazimatların kəskin çatışmazlığı mövcuddur.
Ağır iqtisadi böhran Venesuelada malyariya epidemiyasının bərpasına səbəb oldu.
Oxu.Az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Məlumata görə, mürəkkəb vəziyyət ən azı 70 min Venesuela sakinini dağ-mədən rayonlarına qızıl axtarışına getməyə vadar edib. Qızıl axtarışı malyariya daşıyıcıları – moskitlərin yayılması üçün əlverişli şəraiti olan məkanda aparılır.
Nəşrin məlumatına görə, 2016-cı ilin 1-ci yarısında malyariyaya yoluxma sayı 72% artaraq 125 mindən ibarət olub. Bununla yanaşı, ölkədə sanitar-epidemioloji vəziyyət barədə hesabatı dərc etmir.
Bundan başqa qəzet, Venesuelada xəstəliyin müalicəsi və profilaktikası üçün tibbi ləvazimatların kəskin çatışmazlığı mövcuddur.
Mənbə:> Oxu.Az