Venesuelada benzin 95 dəfə bahalaşdı
Venesuela prezidenti Nikolas Maduro benzinin qiymətinin bahalaşmasını bəyan edib, bu son 20 ildə ilk bahalaşmadır.
Oxu.Az Lifenews-a istinadən xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.
Ölkə vətəndaşlarına müraciət zamanı Maduro bəyan edib ki, yanacağın bahalaşması –iqtisadi böhranın nəticələrini yüngülləşdirmək üçün görülən məcburi tədbirdir.
Bahalaşma xeyli gözəçarpacaq olacaq: bu gün Venesuelada benzinin bir litri təxminən 0,01 dollardır, amma bahalaşdıqdan sonra 95-ci benzin üçün avtomobil həvəskarları 0,95 dollar ödəməli olacaqlar. 91-ci benzin isə təxminən altı dəfə ucuz olacaq.
Mənbə:> Oxu.Az