Ukraynada SOCAR-a məsləhət: Yanacağın qiymətini ucuzlaşdırın
Son ildə Avropada benzinin və dizel yanacağının qiyməti gözəçarpacaq dərəcədə ucuzlaşıb.
Oxu.Az 24today.net-ə istinadən xəbər verir ki, Ukraynanın Antiinhisar Komitəsi ölkənin 12 iri yanacaqdoldurma məntəqələrinə sahib olan şirkətlərə benzin və dizel yanacağının qiymətinin aşağı salınmasını məsləhət görüb.
“Neft məmulatları bazarında yaranan vəziyyətlə əlaqədar, Ukraynanın Antiinhisar Komitəsi bazar iştirakçılarına, mühərrik benzinin və dizel yanacağı üçün bazarda rəqabət şəraitində mövcud olacaq pərakəndə satış qiymətlərinin müəyyən edilməsi üçün tədbirlərə dair nəzərdən keçirmək üçün tövsiyələr təqdim edib”, - Komitənin məlumatında deyilir.
Tövsiyələr “AMİK Ukraina”, “KLO”, “OKKO Nefteprodukt”, “VOQ Riteyl”, “Alyans Holdinq”, “Kerşer”, “Ukrnafta”, “Vesta Servis”, VTF “AVİAS”, “Bel Oyl”, “BRSM-Nafta” və “SOCAR Enerci Ukrina” şirkətlərinə aiddir.
Antiinhisar Komitəsi qeyd edir ki, pərakəndə qiymətlərin formalaşmasına təsir edən obyektiv amillər onun alınma qiyməti (Platt`s kotirovkas üzrə), aksizlər, ekoloji vergi, neftin ƏDV qiyməti, ABŞ dollarının və avronun məzənnəsi, eləcə də ticarət əlavəsidir (marja).
Antiinhisar Komitəsində bildiriblər ki, son bir il ərzində Avropa bazarlarında neft, benzin və dizel yanacağının qiymətində ciddi azalma var.
Əsasən Brent markalı neftin qiyməti 2015-ci ilin avqustunda, 2014-cü il ilə müqayisədə 50% ucuzlaşıb, cari ilin avqust ayı üçün Platts katirovkaları 2014-cü ilin sentyabr ayı ilə müqayisədə 47% enib.
“Bununla yanaşı mühərrik benzini və dizel yanacağı üçün qiymətlər Ukraynada orta hesabla 20% artıb. Beləliklə də Ukraynada müəyyən edilmiş pərakəndə qiymətlər onların formalaşmasına təsir edən amillərin dəyişməsi ilə uyğun gəlmir”, - məlumatda deyilir.
Şirkətlər 10 gün ərzində öz təkliflərini Antiinhisar Komitəsinə təqdim etməlidir.
Daha öncə baş nazir Arseni Yatsenyuk Ukrayna neft reyderlərinin dünya bazarında neftin qiymətinin ucuzlaşmasına necə reaksiya verdiklərinin yoxlanılması barədə göstəriş vermişdi.
Mənbə:> Oxu.Az