Benzin niyə ucuzlaşdı? » AzNews.info -Xəbər portalı

Benzin niyə ucuzlaşdı?

Benzin niyə ucuzlaşdı?


Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Tarif Şurasının bu gün keçirilən növbədənkənar iclasında neft məhsullarının qiymətlərinə yenidən baxılıb və tariflərin tənzimlənməsi barədə yeni qərar qəbul edilib. Qərara əsasən, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 12 yanvar 2015-ci il tarixli 1 nömrəli Qərarı ləğv edilib.

İctimaiyyət tərəfindən təqdirlə qarşılanan ölkə prezidentinin bu təşəbbüsünü vaxtında atılmış addım kimi qiymətləndirən iqtisadçı alim Oqtay Haqverdiyev ANS PRESS-ə bildirib ki, bu qərarı verəndə, yəni benzinin qiymətini 2 qəpik artıranda Yol vergisini ləğv etmişdilər. Çünki onu yığa bilmirdilər. Bunu camaata sırımışdılar ki, bəlkə vergini benzinlə birlikdə yığa bilsinlər. Amma bu baş tutmadı. İndiki zamanda, neftin qiymətinin aşağı düşdüyü vaxtda birdən-birə benzinin qiymətinin artırılması doğru addım deyildi. Əslində, bununla böyük gəlir əldə etmək də mümkün deyildi. Amma psixoloji nöqteyi-nəzərdən cəmiyyət bu addımı çox pis qəbul etdi. Prezident bütün bunları nəzərə alaraq məsələyə tez reaksiya verdi, doğru addım ataraq vaxt keçmədən bunun qarşısını aldı. Bunu yüksək dəyərləndirmək lazımdır.

O.Haqverdiyev bununla bağlı iradlarını da söyləyib. O bildirib ki, Tarif Şurasının dövlətə aid mühüm qərarlar qəbul etməyə ixtiyarı yoxdur. Ümumiyyətlə, dövlətə aid qərarları ancaq Konstitusiyanın icazə verdiyi orqanlar - Prezident, Milli Məclis, Nazirlər Kabineti, Ali Məhkəmə, Ombudsman və Hesablama Palatası verə bilər.

Onun sözlərinə görə, Tasrif Şurası İqtisadi İnkişaf Nazirliyinin bir strukturudur. Onun belə ümumilli qərar qəbul etməsi qeyri-qanunidir. Qərarı prezident qəbul edə bilər. Benzinin qiymətinin artırılması isə sırf Nazirlər Kabinetinə aiddir. Yaxud prezidentin tapşırığı ilə hansısa nazirlik belə qərar qəbul edə bilər. Hansısa struktur yox. Bir sözlə, qiymətlərin qaldırıb-qaldırılmaması əvvəldən mütəxəssislər tərəfindən hesablanmalıdır. Bu isə Nazirlər Kabinetinin işidir.

Xatırladaq ki, ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi şirkətdaxili tariflərin azaldılması hesabına tətbiq edilməklə, əvvəl olduğu kimi “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib. Həmçinin, maye qazın topdansatış qiyməti 1 ton üçün 300 manatdan 263,6 manata endirilmiş və yol vergisi ilə birlikdə topdansatış qiyməti 1 ton üçün 300 manat müəyyənləşdirilib. Yeni qərar yanvarın 15-dən qüvvəyə minəcək.

Qərarın tam mətni Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində (www.tariff.gov.az) yerləşdirilib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Like replica watches the traditional and conservative industry, pay attention to as rolex replica sale aristocratic descent. If you don't know the internal relationship between different brands, he will not know that their rado replica comes from where, replica tag heuer watches disputes is to form a variety of technology, the introduction, you will like fall in the clouds. If you know the internal hublot replica between different brands, he will not know that their replica watches comes from where, between Tourbillon and card tag heuer replica uk disputes is to form a variety of technology, the introduction, you will like fall in the clouds. In fact, like cheap replica watches the traditional and conservative industry, pay attention to as rolex replica aristocratic descent.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *