Venesuelada polis bölməsinə hücum: Ölən və yaralananlar var » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Dünya

Venesuelada polis bölməsinə hücum: Ölən və yaralananlar var

Venesuelada polis bölməsinə hücum: Ölən və yaralananlar var


Venesuelanın Portuqesa ştatında polis bölməsinə hücum nəticəsində hüquq-mühafizə orqanlarının bir əməkdaşı ölüb, daha iyirmi beşi yaralanıb.

Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə ştatının qubernatoru Reynaldo Kastanyeda məlumat verib.

Bildirilir ki, yaralanan şəxslərdən üçünün vəziyyəti ağırdır.

Qubernatorun sözlərinə əsasən, Quanare şəhərində iki naməlum şəxs polis bölməsinə qumbaralar atıb. Onlardan biri atışma zamanı polis tərəfindən zərərsizləşdirilib. Kastanyeda hadisəni terror aktı kimi qiymətləndirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *