Polis bölməsinə basqın edildi
Pakistanda polislər quldurlar tərəfindən qaçırılıblar.
ANS PRESS-in məlumatına görə, naməlum şəxslər Rahimyar - Xan dairəsinin Pəncab rayonunda yeddi polisi qaçırıb.
Pakistanın xəbər agentliklərinin yazdığı məlumatlarda bildirilir ki, 20-ə yaxın qarətçi Kaça rayonunda yerləşən polis bölməsinə basqın edərək əsayiş keşikçilərini aparıblar.
Qarətçilər həmçinin polis bölməsində olan bütün silah-sursatı özlərilə aparıblar.
Ölkənin Polis Departamenti qaçırılmış polislərin axtarışı istiqamətində əməliyyata başlayıb.
Mənbə:> ANSPRESS