Venesuelada müxalifət liderlərindən biri güllələnib
Venesuela müxalifətinin liderlərindən biri Herman Mavare cümə günü Lara ştatında Barkisimeto şəhərində qətlə yetirlib.
Oxu.Az xəbər verir ki, Excelsior portalının məlumatına görə, “Yeni zaman” partiyasının lideri xəstəxanaya çatdırılıb, amma siyasətçi başından aldığı yaradan dünyasını dəyişib.
Onun həmkarlarından biri Mavareyə motosikletçinin yaxınlaşdığını, onun adını soruşduğunu, cavab aldıqdan sonra isə tapançadan atəş açdığını bildirib.
Daha öncə Mavare müxalifətçi fəaliyyətinə görə təhdid edilib. Venesuela hakimiyyəti müxalifətçinin ölümünü şərh etməyib.
Mənbə:> Oxu.Az