Müsavatdan Nemtsovla bağlı bəyanat » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Müsavatdan Nemtsovla bağlı bəyanat

Müsavatdan Nemtsovla bağlı bəyanat


Rusiya müxalifətinin liderlərindən biri Boris Nemtsov Moskva şəhərində qətlə yetirilib.

“Qafqazinfo” xəbər verir ki, Müsavat Partiyası bununla bağlı bəyanat verib. Bəyanatda deyilir:

“Rusiya Respublikaçılar Xalq Azadlıq Partiyası-Parnasın həmsədri və Rusiyada “Solidarnost” Demokratik Hərəkatının Koordinasiya Komitəsinin üzvü olan Boris Nemtsov Rusiyanın demokratikləşməsi uğrunda mübarizənin liderlərindən biri idi. B.Nemtsov həmçinin Rusiya demokratlarının postsovet məkanındakı aparıcı demokratik qüvvələrlə, o cümlədən Müsavat Partiyası ilə əlaqələrə xüsusi önəm verən liderlərdən olub.

Rusiyada prezident Putinin əsas rəqiblərindən olan Nemtsovun qətlə yetirilməsi yalnız Rusiya üçün yox, bütün dünyada demokratik dəyərlər uğrunda mübarizə aparanlara zərbədir.

Müsavat Partiyası bu ağır gündə Rusiyanın demokratik qüvvələrinə dəstəyini bildirir, bütün demokratik qüvvələri bəyan etdikləri hədəflər uğrunda daha qətiyyətlə mübarizə aparmağa çağırır.

Müsavat Partiyası mərhumun silahdaşlarına və yaxınlarına baş sağlığı verməklə yanaşı, bu amansız qətlin sifarişçilərinin və icraçılarının dərhal tapılaraq cəzalandırılmasını tələb edir”.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *