Rusiyanın pulları yəhudilərin əllərindədir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Rusiyanın pulları yəhudilərin əllərindədir

Rusiyanın pulları yəhudilərin əllərindədir

Rusiyada yaşayan milyarderlər haqqında maraqlı yazı dərc olunub.

ANS PRESS-in məlumatına görə, “Lenta.ru”nun yaydığı xəbər Rusiyada xüsusi maraqla qarşılanıb.

Xəbər portalı Rusiya biznes elitasının etnik tərkibi üzrə araşdırma aparıb.

Saytın məlumatına görə, Rusiyada milyarderlərin dörddə biri yəhudidir və onlar birlikdə 132,9 milyard dollara nəzarət edirlər.

Saytın məlumatına görə, Rusiyada 200 milyarder yaşayır. Ancaq onlardan yalnız 89 nəfəri rusdur. Halbuki Rusiya əhalisinin 81 faizini ruslar təşkil edir, yəhudilərsə əhalinin cəmi 0,11 faizi qədərdir. Orta yəhudi milyarder 2,9 milyard dollara sahibdir, orta rus milyarderin isə cəmi 1,9 milyard dolları var.

Rusiyanın ən varlı yəhudisi Mixail Fridmandır. Onun 17,9 milyard dolları var. Digər varlı yəhudilərsə bunlardır: Viktor Bekselberq (17,2 milyard), Leonid Mizxelenson (15,6 milyard), Qerman Xan (11,3), Mixail Proxorov (10,9 milyard), Roman Abramoviç (9,1milyard).

Ruslardan başqa, milyarderlərin siyahısında ukraynalı, tatar, erməni, azərbaycanlı və özbək kapital sahibləri də var.

Bu xəbər insan hüquqları müdafiəçiləri tərəfindən tənqidlə qarşılanıb. Sayt əslində ruslara bildirmək istəyir ki, Rusiyanın var-dövlətinin çox hissəsi rusların əlində deyil. Rusiya prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Nikolay Svanidze bu araşdırmanı “millətçi” araşdırma kimi dəyərləndirib.

Mənbə: Musavat.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *