Türkiyədən Azərbaycana 2 milyard yatırım
Ölkələr arasında ixrac potensialı artırılacaq.
1995-ci ildən 2013-cü ilə qədər Türkiyədən Azərbaycana 1,9 mlrd. ABŞ dolları həcmində investisiya qoyulub.
AzNews.info APA-Economics-ə istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes forumunda Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov bildirib.
Onun sözlərinə görə, 2013-cü ilə qədər Azərbaycan Türkiyəyə 5 mlrd. dollar həcmində investisiya yatırılıb.
Nazir müavini qeyd edib ki, bu gün qardaş ölkədə 1 500-dək şirkət Türkiyədə fəaliyyət göstərir.
Nazir müavini Türk şirkətlərini Azərbaycanda daha da sıx işləmələrini və ixrac potensiallarını artırılmalı olduqlarını bildirib.
Mənbə:> APA-Economics