Qubad İbadoğlu Müsavat rəhbərliyini hədələdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Qubad İbadoğlu Müsavat rəhbərliyini hədələdi

Qubad İbadoğlu Müsavat rəhbərliyini hədələdi


“Müsavat Divanının qərarı gözlənilən idi. Çünki biz bilirdik ki, belə bir sifariş Divana gəlib və Divan onu icra etməlidir”.

ANS PRESS-in məlumatına görə, bunu APA-ya açıqlamasında Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu Səxavət Əlisoyun partiyadan çıxarılmasına münasibət bildirərkən deyib.

Q. İbadoğlu Müsavat Divanının qərarını partiyadaxili demokratiyanın olmamasının, tənqidlərə dözümsüzlüyün göstəricisi kimi qiymətləndirib: “Müsavat Partiyası hazırda daxili demokratiya böhranı yaşayır və aparılan siyasət yalnız partiyanın idarəçiliyi ilə razılaşmayanların cəzalandırılması üzərində qurulub. Bu da təbii ki, partiyanın avtoritar üsullarla idarə olunmasını göstərir. Lakin hesab edirəm ki, bu qərar partiyada bizim mövqelərimizin möhkəmlənməsinə gətirib çıxaracaq”.

Q. İbadoğlu bundan sonra atacağı addımlardan da danışıb: “Partiyanın hazırkı idarəçiliyindən narazı olanların sayı durmadan artır. Partiyanın Nizamnamə çərçivəsində növbədənkənar qurultayının çağırılmasını hədəfləyirik və bu hədəfə çatmaq uğrunda fəaliyyət göstərəcəyik”.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *