Qubad İbadoğluna rəsmən cavab verildi
Bu gün Müsavat Partiyasının Mərkəzi-Nəzarət Təftiş Komissiyasının (MNTK) iclasında başqanlığa sabiq namizəd Qubad İbadoğlunun qurultaydakı pozuntularla əlaqədar təqdim etdiyi arayışa baxılıb.
ANS PRESS-in məlumatına görə, MNTK sədri Sevinc Hüseynova APA-ya açıqlamasında bildirib ki, təqdim edilən arayış araşdırılıb və heç bir nizamnamə pozuntusuna rast gəlinməyib:
“Bütün iradlar sənədlərlə tədqiq edilib, hər hansı nizamnamə pozuntusu yoxdur”.
Xatırladaq ki, sentyabrın 27-də Müsavat Partiyasının VIII qurultayı keçirilib. Arif Hacılı 228 səslə başqan seçilib. Q. İbadoğlu isə 200 səslə ikinci olub.
Mənbə:> ANSPRESS