Erməni Milli Məclisində dava
Ermənistan parlamentində hakim partiyanın üzvləri ilə müxalifətçi deputatlar arasında toqquşma olub.
ANS PRESS-in məlumatına görə, müxalifətçi Ermənistan Milli Konqressinin fraksiya rəhbəri Levon Zurabyan hakim Respublika partiyasının üzvü Samvel Farmanyan arasında mübahisə davaya çevrilib. Nəticədə deputatlar əlbəyaxa davaya başlayıblar.
Hadisədən bir gün keçdikdən sonra deputatlar baş vermiş hadisəni öz bildiyi kimi şərh etməyə başlayıblar. Əvvəlcə Farmanyan danışıb, deyib ki, söhbətinə müdaxilə edən Zurabyanın qulağının dibini qızışdırıb.
Levon Zurabyan isə Farmanyanı kişi kimi danışmağa çağırıb və hadisənin başqa cür olduğunu deyib. Müxalifətçinin dediyinə görə, o, hakim partiyanın təmsilçisini təpikləyib.
Mənbə:> ANSPRESS