Yeni xəstəlik: artıq 63 adam öldü
Nigeriyada yayılan Lassa qızdırması epidemiyası 63 nəfərin ölümünə səbəb olub.
Axar.az xəbər verir ki, Nigeriya Səhiyyə naziri İsak Adeuole mütəxəssislərlə iclas zamanı Lassa epidemiyasının 17 əyalətdə müşahidə olunduğunu və bununla bağlı 200-dən çox faktın qeydə alındığını deyib.
Qeyd edək ki, Nigeriyada ötən ilin avqustunda ortaya çıxan Lassa epidemiyası insandan insana keçir və ölümcül qızdırmaya səbəb olur.
Mənbə:> Axar.az