İŞİD-də QİÇS epidemiyası başladı
“İslam Dövləti” (İŞİD) terror qruplaşmasının yaraqlılarının sıralarında ən azı 16 HİV yoluxması qeydə alınıb. Bu barədə Daily Mail yazıb.
Oxu.Az “Qazeta”ya istinadən xəbər verir ki, yaraqlıların xarici muzdlulardan ibarət olan bir hissəsi yerli xəstəxanaya karantinə yatırılıb, eyni zamanda qruplaşmanın liderləri HİV-ə yoluxmuş yaraqlıları kamekadze olmağa məcbur ediblər.
İnfeksiyanın yayılmasına səbəb onların çoxunun narkotik asılılığından əziyyət çəkməsi, eləcə də işğal edilmiş ərazilərdə çoxarvadlılığın praktikadan keçirilməsi və seksual kənizlərin olmasıdır.
Mənbə:> Oxu.Az