İranda donuz qripi epidemiyası
![İranda donuz qripi epidemiyası İranda donuz qripi epidemiyası](/uploads/posts/2015-03/thumbs/1425404801_virus.jpg)
Son üç həftə ərzində İranın cənub-qərbində yerləşən iki əyalətində 33 nəfər donuz qripindən ölüb, Oxu.Az AFP-yə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, 28 nəfər Kirman əyalətində, daha beş nəfər isə Sistan və Belucistan əyalətində ölüb.
İranın Səhiyyə Nazirliyi isə xəbərdarlıq edir ki, virus ölkənin digər regionları, o cümlədən də Tehranda yayıla bilər.
Mənbə: Oxu.Az