Qonşu ölkədə təhlükəli virus sürətlə yayılır: 3 nəfər ölüb
Rusiyanın Şimali Osetiya respublikasında 3 nəfər “donuz qripi”ndən ölüb.
AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, qripdən vəfat edən 13 şəxsdən üçünün А/H1N1 virusunun qurbanı olduğu müəyyən edilib.
“Təəssüf ki, biz 13 nəfəri itirdik, onların hamısından virusoloji analizlər götürülüb və 13 nəfərdən üçündə А/H1N1 ştamının virusu təsdiqlənib”, deyə Şimali Osetiyanın səhiyyə naziri Vladimir Selivanov bildirib.
Bundan əvvəl Şimali Osetiyada bir və Stavropolda da bir “donuz qripi”ndən ölüm faktı qeydə alınmışdı. Bundan başqa, daha 7 А/H1N1 virusuna yoluxma halı Krımda qeydə alınıb.
Mənbə:> APA