Rusiyada “donuz qripi” daha bir can aldı
Rusiyada donuz qripin virusu yayılmaya başlayıb.
AzNews.info Qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin Lermontov şəhərində “H1 N1” virusundan bir nəfər dünyasını dəyişib.
Rusiya Səhiyyə Nazirliyindən verilən açıqlamada ölən şəxsin sürücü olduğu, ailə üzvlərinin də bu virusa yoluxduqları bildirilib.
Nazirlik ölən şəxsin həyat yoldaşı və 3 övladının xəstəxanaya yerləşdirildiyini qeyd edib. Məlumata görə, ölkə ərazisində “H1 N1”virusu ilə bağlı 200-ə yaxın orta məktəb bağlanıb. Virusun ən çox yayıldığı bölgələr Tomsk, Kaluqa, Vladivastok, Kirov, Şimali Osetiya və Volqoqrad şəhərləri olduğu bildirilib.
Qeyd edək ki, Rusiyanın Şimali Osetiya ərazisində 5 nəfər, Yekaterinburq şəhərində isə 1 nəfər virusdan dünyasını dəyişib.
Mənbə:> Qafqazinfo.az