Türkiyədə “donuz qripi” epidemiyası: 5 nəfər ölüb
30 nəfər həkim nəzarəti altındadır.
Türkiyədə AH1N1 (“donuz qripi”) virusu daşıyanların sayının artması ilə əlaqədar son iki gündə 35 nəfər yüksək hərarət və qusma şikayətləri ilə xəstəxanalara müraciət edib.
Oxu.Az-ın “Haberler”-ə istinadən verdiyi xəbərə görə, xəstələrdən 5-i ölüb, 30 nəfərin müalicəsi davam etdirilir. Onlarda “donuz qripi”nin aşkarlandığı açıqlanıb.
Ölənlərdən birinin azyaşlı olduğu bildirilir.
Həkimlər mövsüm dəyişkənliyinin bu virusun yayılmasına şərait yaratdığı barədə xəbərdarlıq ediblər. İnsanlara qrip və sətəlcəmə qarşı peyvənd olunmaları, adam çox olan yerlərdən uzaq durmaq məsləhət görülür.
Mənbə:> Oxu.Az