Bakıda "Düha" adlı portretlər sərgisi keçiriləcək » AzNews.info -Xəbər portalı

Bakıda "Düha" adlı portretlər sərgisi keçiriləcək – FOTO

Bakıda "Düha" adlı portretlər sərgisi keçiriləcək


İyun ayının 30-u, Art Villa qalereyasında Rəsul Həsənovun foto-illüstrasiya üslubunda "Düha" adlı portretlər sərgisi keçiriləcək.

Sərginin "Düha" adlandırılması tariximizdə mühüm rol oynamış dahi şəxslərin portretlərinin yer alması ilə bağlıdır.

AzNews.info xəbər verir ki, sərgidə portretlərlə yanaşı obrazlar da nümayiş etdiriləcək. Portretlər və obrazlar arasında Hüseyn Cavid, Mikayıl Müşfiq, Fətəli Xan Xoyski, Vaqif Mustafazadə, Üzeyir Hacıbəyov, Abbasqulu ağa Bakıxanov, Xurşidbanu Natavan, Lev Tolstoy, Frank Sinatra və s. kimi dünya tarixində böyük rol oynamış şəxslər yer alacaq.
Qrafik dizayner və illüstrator Rəsul Həsənov 1991-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Texnologiya və Dizayn" fakultəsini bitirmişdir. 2004-cü ildən dizayn sahəsində çalışmağa başlamışdır. Portretlər silsiləsinin yaranma tarixi isə üç il əvvələ söykənir. Fotorealistik üslubda hazırlanan portretlər həmin şəxsləri yenidən canlandırmağa, tədricən unudulmuş keçmişi yenidən oyatmağa yönəldilmişdir.
ArtsCounsil Azerbaijan tərəfindən keçiriləcək sərgi iki gün müddətində davam edəcək. Sərginin kuratoru Fəridə Qarayeva.
Rəsmi açılış 30 iyun, saat 19:00. Giriş sərbəstdir.

Ünvan: Bakı şəhəri, Həsən Seyidbəyli, 1
Əlaqə: 051 514 47 32

Bakıda "Düha" adlı portretlər sərgisi keçiriləcək

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *