Ümidsizlərə ümid sərgisi – FOTO
“Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan ənənəvi XII əl işləri Xeyriyyə Sərgisi” baş tutacaq.
ANS PRESS-in məlumatına görə, hər il ənənəvi olaraq Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə baş tutan “Azərbaycan və Türkiyə xanımlarının əl işləri Xeyriyyə Sərgisi” bu il də “8 Mart Beynəlxalq Qadınlar Günü” ərəfəsində keçiriləcək.
“Ümidsizləri ümidi ol” adlı layihə əsasında planlaşdırılan sərginin açılışında yazıçı Səma Maraşlı da iştirak edəcək.
Sərgidən əldə olunan gəlir ehtiyacı sahibi ailələrə, çalışqan tələbələrə veriləcək.
Sərgi 06 mart 2015-ci il, saat 11:00-da Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Konfrans zalında (Ünvan: Bakı şəh, Cəfərov qardaşları küç., 16, İçəri Şəhər metrosu, Təzə Bəy hamamının yaxınlığında ) keçiriləcək.
Qeyd edək ki, 3 gün davam edəcək sərgidə hər kəs iştirak edə bilər.
Mənbə:> ANSPRESS