Ərəb polisi dünyanın ən nadir “supercar”ını aldı – FOTO
Abu-Dabi polisi Livanın W Motors şirkətindən dünyanın 3,4 milyon dollar dəyərində olan ən nadir “supercar”ını alıb. Bu barədə MotorWard məlumat yayıb.
Oxu.Az “Qazeta”ya istinadən xəbər verir ki, “Lykan Hypersport” adlı avtomobil müxtəlif Avropa atelyelərindən alınan avtokomponentlərdən yığılıb.
Avtomobilə “Porsche 911”-in 770 a/g olan mühərriyi quraşdırılıb. Bu mühərriklə maşın 2,8 saniyəyə 100 km/s sürət yığa və sürətini 385 km/s-a qədər artıra bilir.
“Supercar”ın digər üstünlükləri sırasında qızılı sapla tikilmiş oturacaqları və brilyant qaşlarla işlənmiş işıqlarını göstərmək olar.
Portalın sahibləri polislərin maşını rəsmi olaraq əldə etdiklərini deyil, hansısa zəngin yerli sakindən sürmək və şəkil çəkdirmək üçün ödünc aldıqlarını ehtimal edirdilər.
Mənbə:> Oxu.Az