Altı ev qiymətinə avtomobil nömrəsi
Böyük Britaniya sakini avtomobil nömrəsinə 518 min funt (813 min dollar) verib. ANS PRESS-in məlumatına görə, bu inanılmaz satış DVLA agentliyinin hərracında reallaşıb.
"25 O" dövlət nişanının sahibi Ferrari avtomobillərinin satıcısı Con Kollins olub. О, BBC-yə müsahibəsində, çox qərarlı olduğu üçün bu nömrəni aldığını deyib. Nömrəni vaxtilə Erik Klepton adlı musiqiçiyə məxsus olmuş 10 milyon dollarlıq "250 SWB Ferrari" daşıyacaq.
Kollins "25 O" nişanını "250 L" nişanını 130 funta aldıqdan 3 saat sonra satın alıb. O, izah edib ki, adı və inisialları ilə üst-üstə düşən nömrə almaq istəyi yoxdur. Onun üçün ən vacibi nömrənin avtomobilə uyğun olmasıdır. Bu halda "25 O" dəqiqliklə "Ferrari - 250" avtomobilinin seriyası kimi görünür.
Kollins deyir ki, əgər maşına yarım milyonluq nişan taxırsansa, avtomobilin qiymətini 1 milyon dollar qaldırmaq olar. "Mən bu maşını sabah kimə isə sata bilərəm, amma o satış üçün nəzərdə tutulmayıb" - deyib Kollins.
Lakin onun qızı bu xəbəri az entuziazmla qarşılayıb. "Ata, sən bu pula altı ev ala bilərdin!" - deyə, etiraz edib.
Avtomobil nömrəsinin qiymətinə görə dünya rekordu Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabu şəhərinin sakini Said Xuri adlı milyarderə məxsusdur. O, 2008-ci ildə "1" nömrə nişanını 14 milyon dollara əldə etmişdi.
Mənbə:> ANSPRESS