Gülnarə Kərimova yeni qalmaqalda
Norveçin dövlət telekommunikasiya şirkəti “Telenor”un Özbəkistan bazarına girmək üçün prezident İslam Kərimovun qızı Gülnarə Kərimovaya 92 milyon dollar rüşvət verdiyi iddia edilir.
ANS PRESS-in məlumatına görə, bu barədə Norveçin “Klassekampen” qəzeti öz mənbəsinə istiandən yazıb. Məlumata görə, “Telenor”un sahibi olduğu “Vimpelcom” şirkətinin Özbəkistan telekommunikasiya bazarına girmək üçün 2007-2011 illəri arasında Gülnarə Kərimovanın hesabına 623 milyon Norveç kronu (92 milyon dollar) pul köçürülüb.
Xəbərə görə, ödəniş sənədini “Telenor”un altı nəfər yüksək çinli meneceri imza atıb. Qəzetə mövzuyla əlaqədar bəzi sənədlər istədiyi “Vimpelcom” və “Telenor” şirkətlərindən rədd cavabı verilib.
Bu rüşvət iddiası ilə bağlı aparılan istintaqda “Telenor”un yeddi menecerinin dindirildiyi bildirilir.
Mənbə:> ANSPRESS