Çinli oğlan evlənmək istədiyi qıza 99 ədəd iPhone 6 aldı – FOTOLAR
Çinin Quançjou əyalətindən olan gənc oğlan sevgilisi üçün 99 ədəd iPhone 6 alıb və buna yarım milyon yuan (təxminən 80 min dollar) xərcləyib.
Qız bu romantik etirafa etiraz edib, amma bu eşq etirafından hazırlanan fotoreportaj Weibo sosial şəbəkəsində dərc edilib.
Çinli kompüter proqramçısı Apple smartfonlarının alışına iki illik gəlirini xərcləyib. Bu məbləğ orta statistik fəhlənin 17 illik gəlirinə bərabərdir.
O, aldığı qacetləri ürək formasında düzüb. Onun fikrincə bu hədiyyə nişan üzüyünü əvəz etməli idi. Bütün bundan sonra onun yalnız gələcək həyat yoldaşı kimi seçdiyi xanıma bir dəstə gül almaq üçün pulu qalıb.
Qız bu jesti qiymətləndirməyib və etiraz edib. Gənclərin insidentə qədər hansı münasibətdə olduqları dəqiqləşdirilməyir.
Daha öncə xəbər verilmişdi ki, Şimali Koreyada mobil telefon nişan hədiyyəsi kimi çox arzuolunan olduğu qeyd edilmişdi. İmkanlı bəy və gəlin üzük əvəzinə bir birinə məhz belə qurğular hədiyyə edirdilər, çünki bu daha prestijli hesab edilir.
Mənbə:> Oxu.az