Azərbaycan qızılı seçir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycan qızılı seçir

Azərbaycan qızılı seçir


Britaniyanın The Daily Telegraph nəşrinin xəbər verdiyi kimi, Rusiya neftin qiymətinin enməsi və qərbin sanksiyalarının sərtləşməsi fonunda son aylarda dünya bazarında fəal şəkildə qızıl alır.

Oxu.Az newsru.com-a istinadən xəbər verir ki, Rusiyadan başqa MDB-nin digər ölkələri də, öncəliklə, Azərbaycan və Qazaxıstan da fəal şəkildə qızıl alır.

Nəşrin aşkar etdiyi kimi ümumilikdə, cari ilin üçüncü rübündə dünyanın müxtəlif ölkələrinin mərkəzi bankları tərəfindən 93 ton qızıl əldə edilib.

Nəşr ehtimal edir ki, Moskva bununla Qərb ilə uzanmış iqtisadi qarşıdurmaya hazırlaşır.

The Daily Telegraph-ın fikrincə Rusiya qızıl ehtiyatlarını o cümlədən də, zəifləyən rublun dəstəyi üçün də istifadə edə bilər.

Qızıl üzrə ümumdünya şurasının ekspertlərinin proqnozlarına görə, müxtəlif ölkələrin mərkəzi bankları tərəfindən 2014-cü ildə əldə edilən qızılın həddi dekabrın sonunda 500 tona çatacaq.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *