"Qızıl top" kimin olacaq?
FİFA "Qızıl top" mükafatına namizədlərin adlarını açıqlayıb.
ANS PRESS-in məlumatına görə, şort-vərəqdə ən çox nümayəndəsi olanlar "Bavariya" və "Real"dı.
Almaniya nəhənginin sıralarında fəxri mükafat uğrunda mübarizə aparacaq futbolçular bunlardır: Mario Götse, Filipp Lam, Tomas Müller, Manuel Noyer, Aryen Roben, Bastian Şvaynştayger.
"Kral klubu"ndan isə bu oyunçular "seçilmişlər sırası"na daxil edilib: Qaret Beyl, Kərim Benzema, Kriştiano Ronaldu, Toni Kroos, Serxio Ramos, Hames Rodriges.
Fəxri mükafat uğrunda qiyabi yarışmada "Barselona"nın 4 təmsilçisi yer alıb: Andreas İnyesta, Xavyer Maskerano, Lionel Messi, Neymar.
Daha 4 klubdan hərəyə 1 namizədin adı siyahıda yer alıb: Anhel di Mariya, ("Mançester Yunayted"), Zlatan İbrahimoviç (PSJ), Yaya Ture ("Mançester Siti"), Pol Poqba ("Yuventus").
Dekabrın 1-də 3 namizədin adı açıqlanacaq, qalib isə 2015-ci ilвэ yanvarın 15-də təntənəli mərasimdə mükafatına qovuşacaq.
Mənbə:> ANSPRESS