Avropanın ən yaxşısı kim olacaq? » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Avropanın ən yaxşısı kim olacaq?

Avropanın ən yaxşısı kim olacaq?


Bu gün Avropada 2013/14 mövsümünün ən yaxşı futbolçusunun adı açıqlanacaq.

ANS PRESS-in məlumatına görə, UEFA ənənəvi sorğusunun nəticələrini Monakoda elan edəcək.

Çempionlar Liqasının qrup mərhələsinin püşkatması mərasimində qitənin ən yaxşı oyunçusunun da adı bəlli olacaq. Bu titulu avqustun 14-də açıqlanan "üçlük”dən biri qazanacaq.

Qitənin ən yaxşısı Aryen Robben (Hollandiya, “Bavariya”), Kriştiano Ronaldo (Portuqaliya, “Real”) və Manuel Noyer (Almaniya, “Bavariya”) arasında seçiləcək. Onların hər üçü bu axşamkı tədbirdə iştirak edəcək və qalib də orada elan ediləcək.

Avropa ən yaxşı futbolçusu adına yeni simanın sahib çıxacağı dəqiqdir. Çünki bu 3 namizəddən heç biri indiyədək UEFA-nın mükafatını qazanmayıb. Belə ki, ilk dəfə 2010/11 mövsümündə təqdim olunan mükafatı əvvəl Lionel Messi, sonra isə Andres İnyesta (2011/12) və Frank Riberi (2012/13) səsvermənin qalibi olmuşdu.

Avropanın ən yaxşısı adına namizəd olan digər 7 futbolçunun topladığı xallara əsasən ilk “onluq”dakı mövqeyi dəqiqləşib:

4. Tomas Müller (Almaniya, “Bavariya”) - 39
5. Filip Lam (Almaniya, “Bavariya”) - 24
5. Lionel Messi (Argentina, “Barselona”) - 24
7. Hames Rodriges (Kolumbiya, “Monako”) - 16
8. Luis Suares (Uruqvay, “Barselona”) - 13
9. Anxel di Mariya (Argentina, “Mançester Yunayted”) - 12
10. Dieqo Kosta (İspaniya, “Çelsi”) - 10

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *